Rauf Əliyevin son durumuna bu gün aydınlıq gələcək
Premyer Liqanın 4-cü turunda "İnter" "Qəbələ" ilə matçda ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın forvardı Rauf Əliyev matçın 76-cı dəqiqəsində ayağından xəsarət alaraq oyunu yarımçıq dayandırıb. Forvardın zədəsinin son durumuna bu gün tibbi müayinədən sonra aydınlıq gələcək.

