Ağayev məşqlərə başladı
Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində öz meydanında "Kəpəz”i qəbul edəcək "İnter” məşqlərini davam etdirir.
Sportal.az xəbər verir ki, "bankirlər” Gəncə təmsilçisi ilə görüşə "İnter Arena”da hazırlaşır. Amma heyətdə itkilərlə. Belə ki, Rauf Əliyev, Laşa Kasradze və İvan Benitez zədə səbəbindən hələ azı 2 tur meydana çıxa bilməyəcək. Əvəzində əzələsi dartıldığı üçün elə bir o qədər zaman məşq edə bilməyən qapıçı Səlahət Ağayev sağalıb. Millinin qolkiperi artıq məşqlərə də başlayıb. Komandada cəzalı futbolçunun olmadığını da bildirək.
Qeyd edək ki, bu oyun sentyabrın 25-də "İnter Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi