"İnter"in baş məşqçisi: "İlk hissədə "yatdıq"

21:57 - 4 Oktyabr 2015

"Düşünürəm ki, Lomaya topa oynamışdı"
 
Bu gün Premyer Liqanın 7-ci turu çərçivəsində "İnter" doğma meydanda "Qarabağ"a 2:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze məğlubiyyətə belə şərh verib: 
 
"İlk hissədə "yatdıq". İkinci hissədə yaxşı oynamağa başlasaq da, şanslardan yararlana bilmədik. “Qarabağ” çox yaxşı komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Verilən penalti barədə nə deyə bilərəm? Mən epizodan uzaq idim. Düşünürəm ki, Lomaya topa oynamışdı. “Qarabağ”ın oyunçusu isə topu, məncə, bilərəkdən kənara vurdu.  Biz epizoda baxmalı və daha sonra bu barədə konkret fikir bildirə bilərik".

Xəbər xətti