"İnter"in futbolçuları Almaniyaya qarşı oynadılar

01:58 - 12 Oktyabr 2015

Gürcüstan səfərdə məğlub oldu
 
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qrup mərhələsinin sonuncu turunda Gürcüstan millisi səfərdə Almaniya yığmasına 2:1 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, bu matçda Bakı "İnter”inin 2 futbolçusu çıxış edib. Nika Kvekveskiri  start  heyətdə meydana çıxaraq 78-ci dəqiqədə "bankirlər"in digər futbolçusu Zurab Xizanişvili ilə əvəzlənib.
 
Qeyd edək ki, Almaniya bu qələbədən sonra turnirə vəsiqəni təmin edib, "İnter"in sabiq çalışdırıcısı Kaxaber Sxadadzenin yetirmələri mübarizəni 9 xalla 5-ci pillədə bitirib.

Xəbər xətti