"Oyun alınmayanda alınmır"
Premyer Liqamızın son turunda "İnter" səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze heç-heçə belə münasibət bildirib:
"Bizim heyətlə bağlı problemlərimiz var. Zədəli, cəzalı oyunçularımız az deyil. “Sumqayıt”dan xal almağımız bizim üçün uğurlu sayıla bilər. Problemlərin fonunda xal götürmək sevindiricidir. Meydançada olan Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır".
saytlarin hazirlanmasi