Liman Seydi məşq zamanı zədələnib
Premyer Liqanın 9-cu turunda "Rəvan"la qarşılaşacaq "İnter" hazırlıqları davam etdirir.
Sportal.az xəbər verir ki, "bankirlər" bu matça ciddi itkilərlə çıxacaq. Zədəli futbolçuların çoxluğundan əziyyət çəkən "İnter"in daha bir futbolçusu sıradan çıxıb. Klubun mətbuat katibi Səbuhi Məmmədovun saytımıza verdiyi məlumata görə, paytaxt təmsilçisinin fransız hücumçusu Liman Seydi məşq zamanı zədələnib. Onun "Rəvan"la matçda meydana çıxması sual altındadı.
Qeyd edək ki, "İnter"in heyətində Rauf Əliyev, İvan Benitez və Laşa Kasradze daha əvvəl zədələnərək mövsmü başa vurub. Səlahət Ağayev də zədə səbəbindən bir müddətdir ki, komandaya kömək edə bilmir. Bundan başqa cəza səbəbindən təcrübəli müdafiəçi Zurab Xizinaşvili də "Rəvan" keçiriləcək matçda meydana çıxa bilməyəcək.
saytlarin hazirlanmasi