"Problemlərə baxmayaraq, qələbə qazandıq"

20:01 - 24 Oktyabr 2015

"Qarşıdakı oyunu düşünməliyik"

 

Topaz Premyer Liqasının IX turunda “İnter” “Rəvan”ı 2-0 hesabı ilə məğlub etdi.

 

Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan sonra "İnter"in baş məşqçisi Zaur Zvanadze məğlubiyyəti belə şərh edib:

 

“Mən qazanılan 3 xala görə razıyam. Demək istəyirəm ki, biz son iki oyunu yeni baş məşqçiyə qarşı oynayırıq. Bunun əlavə çətinlikləri var. “Rəvan”la oyuna zədəli futbolçuların çoxluğu fonunda qurulan heyətlə çıxmışdıq. Problemlərə baxmayaraq, qələbə qazandıq. Qarşıdakı oyunu düşünməliyik”.  

Xəbər xətti