"Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar"

22:00 - 28 Oktyabr 2015

"Rəqib isə penaltidən qol vurmağı bacardı"
 
Premyer Liqanın 10-cu turunda "İnter" səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, "İnter"in baş məşqçisi Zaur Svanadze qarşılaşmaya belə şərh verib:
 
"İlk hissədə qol epizodlarımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə penaltidən qol vurmağı bacardı. Ona görə də ilk hissə barədə geniş danışa bilmirəm. Fasilədən sonra isə təzyiqi artırdıq, futbolçular ümidləri doğrultdular. Çətin səfər görüşündə qazanılan 1 xalı  yaxşı nəticə hesab etmək olar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq".

Xəbər xətti