"Son nöqtəni qoyan futbolçu əskikdir"
"Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. "Zirə" asan təslim olan komanda deyil. Güclü oyunçuları var və kollektiv futbol oynayırlar. Bu səbəbdən biz də açıq futbol oynamağa çəkindik".
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in futbolçusu İlkin Qırtımov Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib. O, nəticəni ədalətli hesab edib:
"Zirə"yə uğurlar arzu edirəm. Hesabı ədalətli saymaq olar. Bir neçə turdur ki, ard-arda xal itiririk. Əsas çətinliyimiz hücum mövqeyindədir. Son nöqtəni qoyan futbolçu əskikdir. Çalışacağıq ki, növbəti turlarda qələbə qazanaq.
Qırtımov hər komanda kimi onlarda da bir müddət maliyyə baxımından çətinliklər olduğunu vurğulayıb:
"İnşallah, gələn həftədən hər şeyin yaxşı olacağını ümid edirik. Bizə belə söz verilib ki, hər şey düzələcək".
saytlarin hazirlanmasi