Georgi Nikolov: "Belə çıxır ki, bu gün meydana çıxan başqa komanda idi?"

02:48 - 10 Noyabr 2015

"Artıq futbolçulara maaşlar da ödənib"
 
 
Azərbaycan Premyer Liqasında XII tur çərçivəsində doğma meydanda "İnter"i qəbul edən "Qəbələ" 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, "İnter"in prezidenti Georgi Nikolov oyundan sonra jurnalistlərə açıqlama verib:
 
“Matçdan yaxşı nəticə ilə ayrıla bildik. Oyun gərgin və maraqlı keçdi. Mətbuatda oyunçularımızın maddi problemlərə görə meydana çıxmaq istəməməkləri haqqında yazılanlar isə yalandı. Özünüz də gördünüz ki, "İnter" necə şəkildə mübarizə aparırdı. Belə çıxır ki, bu gün meydana çıxan başqa komanda idi? Artıq futbolçulara maaşlar da ödənib. Futbolçular sentyabr ayı üçün əmək haqqlarını alıblar, tezliklə oktyabr da ödəniləcək”. 

Xəbər xətti