"Abbas Hüseynova çox inanıram"
Premyer Liqanın 13-cü turunun son matçında "İnter " doğma meydanda AZAL-ı 2 - 0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze oyundan sonra keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib: “Mən AZAL ilə oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AZAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram, nə vaxt hazır olur, o zaman meydançaya çıxır.
saytlarin hazirlanmasi