"Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm"
Bu gün keçirilən "Kəpəz" - "İnter" matçı ilə Azərbaycan Premyer Liqasında XIV tura srtart verilib.
Sportal.az xəbər verir ki, 0 - 0 hesabı ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında "bankirlər"in baş məşqçisi Zaur Svanadze qarşılaşma ilə bağlı fikirlərini bildirib. Gürcü mütəxəssis stadionun durumundan şikayətlənib: "Bu cür meydançada baxımlı oyun sərgiləmək çox çətindir. Əgər penaltidən yararlana bilsəydik, hadisələrin axarı başqa cür olacaqdı. Ümumi götürsək, hər iki komanda döyüşdü. Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm. Klubda maliyyə durumu normallaşır. Futbolçular sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşlarını alıblar, digər ayların maaşları da vaxtında ödəniləcək".
saytlarin hazirlanmasi