Zaur Svanadze: "Bizim üçün ağır oyun oldu"

16:59 - 2 Dekabr 2015

"Qarabağ"ı düşünməyə başlayırıq"

 

Azərbaycan kubokunun 1/8 finalı görüşündə "İnter" səfərdə "Turan Tovuz"un qonağı olub.

 

Sportal.az xəbər verir ki, 3 - 1 hesablı qələbə ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında "bankirlər"in baş məşqçisi Zaur Svanadze oyun haqda fikirlərini bildirib: “Qələbəyə görə çox şadam, amma bizim üçün ağır oyun oldu. Yaxşı ki qələbə qazandıq. Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq. Heyətlə bağlı problemlərimiz var. Bütün bunlara baxmayaraq, növbəti görüşləri düşünməliyik”.

Xəbər xətti