Cahangir Hacıyev barədə 4 aylıq həbs qərarı verildi

14:47 - 6 Dekabr 2015

Nərimanov rayon məhkəməsinin qərarı ilə
 
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, "İnter"in fəxri prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyevin həbs olunduğunu xəbər vermişdik.
 
Sportal.az xəbər verir ki, Cahangir Hacıyev barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hacıyev barəsində həbs-qətimkan tədbiri DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ("Bandotdel") vəsatəti əsasında baş prokuror Zakir Qaralovun imzası ilə verilən sanksiya təqdimatı əsasında seçilib. (qafqazinfo.az)
 
"İnter"in sahibi Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.
Cahangir Hacıyev "Bandotdel"in keçirdiyi gizli əməliyyat nəticəsində tutulub.
Hacıyev bu ilin 17 oktyabrında vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdı.
 
AFFA İcraiyyə Komitəsinin üzvünün bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.

Xəbər xətti