"Qarabağ"la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil"

21:06 - 6 Dekabr 2015

Svanadze: " Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik"
 
Premyer Liqanın 15-ci turunda "İnter" səfərdə "Qarabağ"a 1:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze qarşılaşma haqda bunları deyib: 
 
"Baş vermiş faciə ilə bağlı başsağlığı verirəm. Oyuna gəldikdə, yaxşı çıxış etmədik, ötürmələr qeyri-dəqiq idi. Zədə və cəza probleminə görə oynamayanlar qayıdacaqlar. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. “Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil"

Xəbər xətti