"Uşaq səhvlər etdik və məğlub olduq"
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turunda "Sumqayıt" səfərdə "İnter"i 3 - 2 hesabı ilə məğlub edib.
Matçdan sonra "İnter"in futbolçusu İlkin Qırtımov sportal.az-a açıqlama verib:
“İlk hissədə çox zəif oynadıq. Əsas da müdafiə xəttində. Uşaq səhvlər etdik və məğlub olduq. İkinci hissədə çox çalışsaq da, məğlubiyyətdən qurtula bilmədik”
25 yaşlı müdafiəçi belə oyunla avrokuboklara vəsiqə qazana bilməyəcəklərini söyləyib:
“Artıq iki oyundur məğlub oluruq. Belə oyunla avrokuboklara vəsiqə qazanmaq olmaz”.
saytlarin hazirlanmasi