Cahangir Hacıyevin şikayəti təmin olunmadı

18:16 - 12 Dekabr 2015

Ev dustaqlığına buraxılmayıb
 
Bu gün Nərimanov Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
 
Sportal.az  "Report"a istinadən xəbər verir ki, bu barədə C.Hacıyevin vəkili Aqil Layicov açıqlama verib. 
O bildirib ki, vəsatət təmin edilməyib. C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
 
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
 
Qeyd edək ki, C.Hacıyev Bakının "İnter" klubunun fəxri prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Xəbər xətti