Paytaxt klubu "Xəzər Lənkəran"la matça ciddi itki ilə çıxacaq

10:43 - 16 Dekabr 2015

Cəzalı duruma düşdü

 

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq "İnter" bu matça ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki. ötən gün keçirilən "Rəvan"la matçda sarı vərəqə alan Abdulla Abatsıyev cəzalı duruma düşdüyündən növbəti matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" matçı dekabrın 20-i keçiriləcək.

Xəbər xətti