Abatsiyev yeni müqavilə imzalamayıb
Bakının "İnter" komandası bir futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, "bankirlər" müqaviləsi başa çatan gənc futbolçu Abdulla Abatsiyev yeni müqavilə imzalamayıb. Baş məşqçi Zaur Svanadze Abatsiyevin xidmətində maraqlı olmayıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi 3 ildir paytaxt klubunun şərəfini qoruyurdu.
saytlarin hazirlanmasi