"Ayaks"ın futbolçusu "Qalatasaray"da?

01:23 - 26 Dekabr 2015

Futbolçu ilə danışıqlara start verilib
 
"Qalatasaray" Hollandiyanın "Ayaks" klubunun futbolçusu Rikardo van Rhijni heyətinə qatmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, "Cim-bom" futbolçunun keçidi üçün Amsterdam klubu ilə danışıqlara başlayıb. Əgər bu transfer baş tutsa, 24 yaşlı oyunçu ilə 3.5 illik müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Rikardo van Rhijn bu  mövsüm oynadığı 11 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.

Xəbər xətti