"İnter" daha bir legioneri ilə yollarını ayırır

00:28 - 27 Dekabr 2015

Səbəb Martinsin xarici klublardan təklif almasıdır
 
Yeni rəhbərliyin gəlişindən sonra bir neçə futbolçu ilə yollarını ayıran "İnter" daha bir futbolçu ilə vidalaşacaq.
 
Sportal.az xəbər verir ki, klubdan "Report"a verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi Dieqo Martinslə yollar ayrılacaq.
 
Buna səbəb 27 yaşlı futbolçunun xarici klubların birindən daha yaxşı təklif almasıdı. Artıq Martins paytaxt klubunun rəhbərliyi ilə bu məsələdə danışıb və razılıq əldə olunub. 
 
Qeyd edək ki, buna qədər Abdulla Abatsiyev, İvan Benites, Xuan Fransisko, Emilian Vila və Stepan Polyak "İnter"lə yollarını ayırıb.

Xəbər xətti