"İnter"in Antalyadakı 4-cü rəqibi də məlum oldu

00:34 - 30 Dekabr 2015

Bu dəfə Albaniya təmsilçisi
 
Bakı "İnter"inin Türkiyədə qarşılaşacağı 4-cü rəqibin adına aydınlıq gəlib.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, "bankirlər" yanvarın 16-da Albaniyanın "Teuta" komandası ilə gücünü sınayacaq. 
 
Qeyd edək ki, "İnter" yanvarın 13-də Almaniyanın məşhur "Verder" klubunun II komandası ilə, daha sonra Almaniyanın aşağı liqasında çıxış edən "Vakken Nodhauzen"lə, həmin ayın 23-də isə Qazaxıstanın "Atırau" klubu ilə yoxlama oyunları keçirməyi planlaşdırıb.

Xəbər xətti