"İnter" Bundesliqa klubu ilə qarşılaşacaq

19:08 - 7 Yanvar 2016

Hazırlıq matçı

 

Antalyada təlim-məşq toplanışında olan "İnter"in yoxlama görüşündə qarşılaşacağı daha bir rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, "bankirlər" Almaniya Bundesliqa təmsilçisi "Verder"lə qarşılaşacaq. Bu haqda Bremen təmsilçisinin rəsmi saytı məlumat verib. Məlumatda qeyd olunur ki, yanvarın 15-də keçiriləcək matçın Bakı vaxtı ilə saat 14:00-da başlayacağını yazıb. Bundan iki gün öncə isə "İnter" "Verder"in əvəzedici komandası ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, yanvarın 23-dək Türkiyənin Antalya şəhərində toplanışda olacaq "İnter" hazırlığın son günündə Almaniyanın şimal-şərq regional liqasında mübarizə aparan "Nordhauzen" klubu ilə qarşılaşacaq.

Xəbər xətti