1 illik müqavilə imzalanıb
Dieqo Martinsin "İnter"dən ayrılması barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun yeni komandası məlum olub. 28 yaşlı futbolçu karyerasını Honkanqda davam etdirəcək. Belə ki, Martins bu ölkənin "Peqasus" klubu ilə anlaşıb. Bu haqda klubun rəsmi saytında məlumat verilib. "Sambaçı" ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, forvard bu mövsüm "İnter"in heyətində meydana çıxdığı matçlarda 5 qol vurmaqla "bankirlər"in ən məhsuldar futbolçusu idi.
saytlarin hazirlanmasi