Paytaxt klubunun əvəzedici komandası 4 yoxlama oyunu keçirəcək

14:52 - 9 Yanvar 2016

Millimizlə də qarşılaşacaq

 

“İnter”komandasının əvəzedici heyəti qış təlim-toplanışını “İnter Arena”da həyata keçirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rüstəm Əliyevin yetirmələri toplanış çərçivəsində 4 yoxlama matçına çıxacaq.

 

Belə ki, komanda yanvarın 12-də Azərbaycanın U-19 millisi ilə qarşılaşacaq. Matç “Dalğa Arena”da baş tutacaq. Yanvarın 15-də "İnter" doğma divarlar arasında “Rəvan”ın ikinci komandasını qəbul edəcək.

 

Paytaxt klubu yanvarın 19-da da yoxlama matçı keçirməyi planlaşdırır. Lakin rəqib hələ dəqiq bilinmir. Komanda hazırlıq çərçivəsində son matçı “Neftçi”nin əvəzedici heyətinə qarşı keçirəcək. Bu qarşılaşma yanvarın 23-də baş tutacaq.

Xəbər xətti