Millimizin futbolçusu izlədi, "Xəzər Lənkəran"ın sabiq hücumçusu komandasına qələbə qazandırdı

00:55 - 12 Yanvar 2016

Mbilla "Antalyaspor"a qələbə qazandırdı
 
Türkiyə kubokunun qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, "Antalyaspor" klubu doğma meydanında "Tuzlaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolun müəllifi "Xəzər Lənkəran"ın sabiq futbolçusu olan Etame Mbilla olub.
 
Bundan əlavə, "Antalyaspor"un iştirak ərizəsində U-19 millimizin futbolçusu Cem Fələkin adı olsa da, komandanın baş məşqçisi Joze Morais ona şans verməyib və yığmamızın üzvü oyunu ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, H qrupunda yer alan "Antalyaspor" 6 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti