"Verder"ə qarşı
Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Zaur Svanadzenin yetirmələri Almaniyanın “Verder” klubunun əvəzedici komandası ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, iki gündən sonra “İnter” Bremen təmsilçisinin əsas komandası ilə qarşılaşacaq.
13 yanvar
17:00. “İnter” – “Verder” (əvəzedicilər)
Türkiyə. Antalya
saytlarin hazirlanmasi