Yoxlama oyunu
Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün ilk yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, "bankirlər" Almaniya "Verder"inin əvəzedici komandası ilə üz-üzə gəlib. Matç almanların 1 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Zaur Svanadzenin yetirmələri Antalyada daha üç yoxlama oyunu keçirəcək. "İnter" yanvarın 15-də "Verder"in əsas komandası ilə, yanvarın 19-da "Slovan"la (Sloveniya), yanvarın 23-də isə Atırau" (Qazaxıstan) ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi