Yoxlama oyunu
"İnter" Premyer Liqanın ikinci yarısının hazırlığını Türkiyədə davam etdirir.
Sportal.az xəbər verir ki, "bankirlər" Antalya toplanışı çərçivəsində bu gün növbəti hazırlıq matçına çıxıb. Təmsilçimiz Almaniya Bundesliqasında çıxış edən "Verder" klubu ilə üz-üzə gəlib. Matç almanların 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu Pizarro vurub.
Qeyd edək ki, "İnter" bundan əvvəlki hazırlıq matçında "Verder"in əvəzedici heyətinə məğlub olmuşdu. (0 - 1). Zaur Svanadzenin yetirmələri yanvarın 19-da "Slovan"la (Sloveniya), yanvarın 23-də isə Atırau" (Qazaxıstan) ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi