Zaur Svanadze: "Kamran Ağayevlə Vüqar Nadirov normal təsir bağışlayır"

17:55 - 15 Yanvar 2016

"Yeni transferlərimizin olub olmayacağını bilmirəm"

 

"İnter"in baş məşqçisi Zaur Svanadze Almaniyanın "Verder" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, klub saytına açıqlamasında 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

 

"Bu, bizim Antalyada ikinci yoxlama oyunumuz idi. Əlbəttə, uşaqlarda yorğunluq var idi. Amma normal oynadığımızı düşünürəm. Çalışmalarımız davam edir. Yeni futbolçulara gəlincə, Kamran Ağayevlə Vüqar Nadirov normal təsir bağışlayır. Qara Qarayev gənc olsa da, onun da yaxşı perspektivi var. Ardıcıl ikinci oyundur onu meydana buraxıram və hələ ki, razıyam. Yeni transferlərimizin olub olmayacağını bilmirəm. Sadəcə, onu bilirəm ki, klubda bu yöndə işlər davam etdirilir. Toplanışımız normal keçir. Təəssüf ki, zədəsiz ötüşə bilmirik. Mirhüseyn Seyidovla Mirsahib Abbasov zədəlidir. Rauf Əliyevin də müalicəsi davam edir".

Xəbər xətti