Məşqçi heyəti ilə inzibati heyət qarşılaşıb
Türkiyədə təlim-məşq toplanışında olan Bakı "İnter"i dünən Almaniya Bundesliqa təmsilçisi "Verder Bremen" komandasıyla keçirdiyi yoldaşlıq oyunundan sonra bu gün istirahət edir.
Sportal.az xəbər verir ki, istirahət günündən yararlanan paytaxt təmsilçisinin inzibati heyəti və komandanın məşqçi heyəti arasında oyun keçirildi.
Oyunda "İnter"in prezidenti Rəşad Qasımov da iştirak edib.
saytlarin hazirlanmasi