"Trabzonspor"da yeni baş məşqçi

16:57 - 20 Yanvar 2016

Komandanı Hami Mandıralı çalışdıracaq

 

"Trabzonspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qara dəniz təmsilçisini əfsanə futbolçusu Hami Mandıralı çalışdıracaq. "Trabzonspor"un prezidenti Muharrem Ustanın bildirdiyinə görə 47 yaşlı mütəxəssis artıq sabahdan etibarən komandanın sükanı arxasına keçəcək. Mandıralı ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Xəbər xətti