Erməni futbolçu "Beşiktaş"da

21:10 - 20 Yanvar 2016

4,5 illik müqavilə
 
"Spartak" Moskvanın erməni futbolçusu Araz Özbiliz karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
 
Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Beşiktaş"la 4,5 illik müqavilə imzalayacaq. Araz Özbiliz yaxın günlərdə istanbula gələrək "Beşiktaş"la rəsmi müqaviləyə qol çəkəcək.
 
Qeyd edək ki, Araz Özbiliz İstanbulda doğulub və Ermənistan yığmasının şərəfini qoruyur.

Xəbər xətti