"Beşiktaş" erməni futbolçunu icarəyə verdi

01:41 - 21 Yanvar 2016

Mövsümün sonuna qədər "Rayo Vallekano"da
 
"Beşiktaş"ın "Spartak" Moskvadan Ermənistan yığmasının futbolçusu Araz Özbilizi transfer etdiyi barədə məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Araz Özbilizi icarəyə göndərib. 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər İspaniya La Liqasında mübarizə aparan "Rayo Vallekano"da çıxış edəcək.
 
Qeyd edək ki, "Beşiktaş" yaxın günlərdə 4,5 illik müqavilə imzaladığı Araz Özbilizi ictimaiyyətə təqdim edəcək.

Xəbər xətti