AFFA borclarını silib "İnter"ə 514 min avro ödədi

19:03 - 21 Yanvar 2016

UEFA vəsaitini ödədi
 
“İnter” üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.
 
Sportal.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, klub üçün daxil olan ümumi vəsait 708.970 avro (2015/16 UEFA Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya – 40.000 avro, 2015/16 UEFA Çempionlar Liqasında və 2015/16 UEFA Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) – 630.000 avro və Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsait – 38.970 avro) təşkil edir. “İnter”in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan  514.203 avro klubun hesabına köçürülüb.

Xəbər xətti