Çempionlar Liqasından Türkiyə 1-ci liqasına FOTO

18:33 - 26 Yanvar 2016

Foksi "Qaziantep Böyükşəhər Bələdiyyəspor"da

 

Türkiyə 1-ci liqasında mübarizə aparan "Qaziantep Böyükşəhər Bələdiyyəspor" klubu heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qaziantep təmsilçisi Qazaxıstanın "Astana" klubunun futbolçusu Foksi Kethevoamanı heyətinə cəlb edib. 29 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Foksi bu mövsüm "Astana"nın heyətində Çempionlar Liqasının qrup mərhələsində iştirak edib.

 

Xəbər xətti