"Beşiktaş"ın təxirə salınan oyunlarının vaxtı açıqlandı

21:44 - 27 Yanvar 2016

Fevral və mart aylarında oynaılacaq
 
Türkiyə Super Liqasında mübarizə aparan "Beşiktaş" klubunun təxirə salınan iki oyununun keçirilmə vaxtları açıqlanıb.
 
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası güclü qar səbəbindən "Beşiktaş"ın təxirə salınan iki matçının keçiriləcək tarixlərini açıqlayıb. "Qara qartallar" 17 fevral Bakı vaxtı ilə 21:30-da "Mersin İdman Yurdu" ilə qarşılaşacaq. 15 mart saat 21:30-da isə "Trabzonspor"un qonağı olacaq.
 
Qeyd edək ki, "Beşiktaş" Super Liqada 17 turdan sonra 41 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti