"Beşiktaş" aşağı liqa komandasına məğlub oldu VİDEO

01:06 - 29 Yanvar 2016

Türkiyə kuboku

 

Türkiyə kubokunda qrup mərhələsinin son turunun növbəti oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş" öz meydanında aşağı liqa təmsilçisi "Sivas Bələdiyyəspor"u qəbul edib. "Qara qartallar" gərgin keçən matçda rəqibinə 3-4 hesabı ilə məğlub olub.

 

Məğlubiyyətə baxmayaraq "Beşiktaş" qrupu 2-ci sırada başa vurub və 1/8 finala vəsiqə qazanıb. İstanbul təmsilçisi növbəti mərhələdə İzmirin "Bucaspor" klubu ilə qarşılaşacaq.

 

"Beşiktaş" - "Sivas Bələdiyyəspor"

QOLLAR: Cenk Tosun, 54 (pen), 61, Gökhan Töre, 65 - Ali Akburc, 34 (pen), Seyid Ahmed Han, 51, Atilla Yıldırım, 80, 82

Qırmızı vərəqə: Aleksandr Miloşoviç, 33

 

Xəbər xətti