Zaur Svanadze: "Öz səhvlərimiz sayəsində iki qol buraxdıq"

00:08 - 1 Fevral 2016

"Oyunun çox hissəsini yaxşı oynadıq"
 
Premyer Liqanın XIX turunda "Zirə” doğma azarkeşlər önündə "İnter”i qəbul edib. Qarşılaşma "Zirə”nin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşmanı belə  şərh edib:
 
"Fikrimcə, pis oyun olmadı. Oyunun çox hissəsini yaxşı oynadıq. Düşünürəm ki, layiq olmadığımız məğlubiyyətlə üzləşdik. İlk hissəni ikinci hissəyə nisbətən yaxşı keçirdik. Qol imkanlarımızdan istifadə edə bilmədik. Öz səhvlərimiz sayəsində iki qol buraxdıq.”

Xəbər xətti