Türkiyə kubokunda 1/4 finalın püşkü atıldı

18:05 - 2 Fevral 2016

"Qalatasaray" "Akhisar Bələdiyyəspor" a rəqib oldu

 

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən aşağıdakı komandalar bir-birinə rəqib olub.

 

"Başakşəhər" - "Çaykur Rizəspor"

"Akhisar Bələdiyyəspor" - "Qalatasaray"

"Amed Sportif" - "Fənərbaxça"

"Beşiktaş" - "Torku Konyaspor"

 

İlk qarşılaşmalar 9, 10, 11 fevral, cavab qarşılaşmaları isə 1, 2, 3 mart tarixlərində baş tutacaq.

 

Yarım final mərhələsində də hansı cütlüklərin qaliblərinin bir-birinə rəqib olacağı artıq məlumdu. Belə ki, "Beşiktaş" - "Torku Konyaspor"  cütünün qalibi "Amed Sportif" - "Fənərbaxça" cütünün qalibi ilə, "Başakşəhər" - "Çaykur Rizəspor" cütünün qalibi isə "Akhisar Bələdiyyəspor" - "Qalatasaray" cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, kubokun final matçı 25 may tarixində Antalyada keçiriləcək.

Xəbər xətti