Türkiyə bayrağı yandırıldığına görə "Spartak"dan ayrıldı

16:57 - 4 Fevral 2016

Sərdar Taşçının Rusiyadan ayrılmağının səbəbi

 

Türkiyəli futbolçu Sərdar Taşçı Moskva "Spartak"ından "Bavariya"ya transfer olub.

 

Sportal.az xəbər verir ki, onun Rusiya klubundan ayrılmasının səbəbi məlum olub. Belə ki, müdafiəçi "Spartak"ın oyununda azarkeşlərin Türkiyə bayrağını yandırmaqlarına görə komandadan ayrılıb.

 

Bu barədə futbolçunun meneceri Ahmet Bulut məlumat verib. O, bu barədə Türkiyə mətbuatına açıqlama verib: "Sərdar milliyətçi insandı. "Spartak"ın oyununda Türkiyə bayrağı yandırıldıqda oradan ayrılmaq istədi. 3 həftə öncə "Şalke" ilə razılığa gəlmişdik. Amma "Bavariya"nın müdafiəçiyə ehtiyacı olduqda transfer bir gecədə bitdi".

Xəbər xətti