Görüş "İnter Arena"nın mətbuat konfransı zalında baş tutub
Bu gün "İnter"in prezidenti Rəşad Qasımov "İnter" Azarkeş Klubunun üzvləri ilə görüşüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "İnter Arena"nın mətbuat konfransı zalında baş tutan görüşdə Rəşad Qasımov "İnter"ə göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.
Azarkeş klubları arasında münasibətlərin yüksək səviyyədə saxlanılmasının vacibliyinə toxunan klub prezidenti əlavə edib ki, "İnter" azarkeşləri oyunlarda komandalarını həmişə olduğu kimi dəstəkləməli, oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verməməlidirlər. "İnter" Azarkeş Klubu üzvlərinin indiyədək ciddi insidentlərə yol vermədiklərini alqışlayan Rəşad Qasımov belə xoş tendensiyanın bundan sonra da davam edəcəyinə əmin olduğunu vurğulayıb.
Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr aparılıb.
saytlarin hazirlanmasi