Zaur Svanadze: "Qərar qəbul olunsa, bu, futbolçuları həvəsdən sala bilər"

20:17 - 7 Fevral 2016

"Futboldan kənar söhbətlər yoxdu"

 

Azərbaycan Premyer Liqasının XX turunda "İnter” doğma meydanında "Qəbələ”ni qəbul edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma  meydan sahiblərinin 0 - 1 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşmanı şərh edib. 
 
-İki ardıcıl məğlubiyyət alırıq. Çalışacağıq ki, nəticələri düzəldək. 
 
-Ardıcıl məğlubiyyətlərə səbəb nədir?
-Futboldan kənar söhbətlər yoxdu. Futbolçular vaxtı-vaxtında maaş alır.  Sadəcə, vəziyyəti düzəltməliyik.
 
-90 dəqiqə ərzində "Qəbələ”yə qarşı oynamaq çətindir yoxsa küləyə qarşı?
-Birinci hissədə küləyə qarşı oynadıq. İkinci hissədə qol vəziyyələrimiz oldu. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bunu aradan qaldırmalıyıq. 
 
-Bildirdiniz ki, hücumda problemimiz var. Mətbuatda  belə bir xəbər yayılmışdı ki, hücumçu axtarışındasınız. Bu barədə işlər gedirmi?
-Biz əvvəllər hücumçu axtarırdıq. Amma indi axtarışı dayandırmışıq. Gələn mövsümündən hücum xəttini gücləndirməyə çalışacağıq. 
 
-Komandanın Avrokubolardan kənarda qalması deyilir.  Ola bilərmi bu futbolçuları həvəsdən salsın...
-Bu barədə hələlik qərar qəbul edilməyib. Əgər qəbul olunsa, bu futbolçuları həvəsdən sala bilər. 

Xəbər xətti