Xizanişvili "Kəpəz"lə matçda oynayacaq?

14:34 - 16 Fevral 2016

Zədəsi ciddidir

 

Azərbaycan Premyer Liqasının XXII turunda "Kəpəz"lə qarşılaşacaq "İnter" bu matça ciddi itki ilə çıxacaq.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, bir müddətdir zədədən əziyyət çəkən Zurab Xizanişvili bu matçı da buraxmalı olacaq.

 

Qeyd edək ki, "İnter" - "Kəpəz" matçı fevralın 19-u saat 15:00-da start götürəcək.

Xəbər xətti