Nizami Hacıyev: "Vurduğum qolu qızıma həsr edirəm"

00:15 - 20 Fevral 2016

"Bu, komandada çalışan hər kəsin əziyyətinin bəhrəsidir"
 
Sportal.az xəbər verir ki,  "İnter"in "Kəpəz"lə matçında komandasının yeganə qolunu vuran Nizami Hacıyev oyundan sonra "CBC Sport" kanalına açıqlama verib.

"İnter"in kapitanı vurduğu qolu yenicə doğulmuş qızına həsr etdiyini bildirib:
 
"Üç oyun idi qələbə qazana bilmirdik. Turnir cədvəlinin ikinci pilləsindən 5-ci yerə yuvarlanmışdıq. Bu səbəbdən oyunöncəsi həyəcan var idi. Lakin bu gün vacib qələbə qazandıq. Qolun kimin vurmasının fərqi yoxdur. Əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. Bütün azarkeşlərimizi təbrik edirəm. Bu, komandada çalışan hər kəsin əziyyətinin bəhrəsidir. Dünən gecə qızım dünyaya göz açıb. Vurduğum qolu da ona həsr edirəm".

Xəbər xətti