"Qalatasaray" 7 nəfərlə qalan "Trabzonspor"u çətinliklə məğlub etdi VİDEO

00:45 - 22 Fevral 2016

22-ci tur
 
Türkiyə Superliqasında 22-ci turun görüşləri keçirlir.
 
Sportal.az xəbər verir ki, turun maraqla gözlənilən "Qalatasaray" - "Trabzonspor" matçı gərginliyi və hakimin mübahisəli qərarları ilə yadda qalıb. 4 qırmızı vərəqə göstərilən və 2 penalti təyin olunan matçda meydan sahibləri 2 - 1 hesabı ilə qalib gəlib.
 
"Qalatasaray" 2 - 1 "Trabzonspor"
 
QOLLAR: Lukas Podolski, 64, Səlcuq İnan, 89 (pen.) - Ərkan Zəngin, 26 (pen.)
 
Qırmızı vərəqələr: Özər Hurmacı, 59, Aykut Dəmir, 70, Luis Kavanda, 87, Salih Dursun, 87 (hamısı - "Trabzonspor")
 

Xəbər xətti