Hakimə qırmızı vərəqə göstərən futbolçu bunun səbəbini açıqladı

14:18 - 22 Fevral 2016

"7 nəfərin 12 nəfərə qarşı oynaması ədalətsizlikdir"
 
Türkiyə Super Liqasının 22-ci turunda keçirilən qalmaqallı "Qalatasaray" - "Trabzonspor" matçında hakimə qırmızı vərəqə göstərən Salih Dursun bunun səbəbini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Salih Dursun bunu "Qalatasaray"ın 11 nəfərlə mübarizə aparması üçün etdiyini bildirib:
 
"7 nəfərin 12 nəfərə qarşı oynaması ədalətsizlikdir. Mən hakimə ona görə qırmızı vərəqə göstərdim ki, "Qalasataray" 11 nəfərlə mübarizə aparsın".
 
Xatırladaq ki, Dəniz Bitnelin qırmızı vərəqəni yerə düşürdüyünü görən "Trabzonspor"un futbolçusu Salih Dursun vərəqəni yerdən götürərək hakimə göstərib və meydan çıxmağını bildirib. Bu hərəkətinə görə baş hakim Salih Dursunu da meydandan qovub.

Xəbər xətti