XXIII tura hazırlıq
Azərbaycan Premyer Liqasının XXIII turunda "Qarabağ"la qarşılaşacaq "İnter" bu matçın hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, bu gün start götürən hazırlıqda paytaxt klubunda bir çox zədəli futbolçular var. Bunlar Rauf Əliyev, Abbas Hüseynov, Birsahib Abbasov, Zurab Xizanişvili və Laşa Kasradzedir. Onların növbəti turda oynayıb-oynamayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı fevralın 27-si saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi