Hakimə qırmızı vərəqə göstərən türk futbolçuya sərt cəza

11:23 - 26 Fevral 2016

3 oyun oynamayacaq

 

Türkiyə çempionatının 22-ci tur çərçivəsində "Qalatasaray"la keçirilən oyun zamanı hakimə qırmızı vərəqə göstərən "Trabzonspor"un futbolçusu Salih Dursunun cəzası bəlli olub.

 

Sportal.az xəbər verir ki, Dursun 3 oyunluq diskvalifikasiya olunub. 

 

Qeyd edək ki, müdafiəçi həmçinin 4 min avro cərimə olunub.

Xəbər xətti