İstanbul derbisində "Fənərbaxça" sevindi

00:19 - 1 Mart 2016

"Beşiktaş" liderliyi əldən verdi
 
Türkiyə superliqasında bu gün İstanbul derbisi baş tutub.
 
Sportal.az xəbər verir ki, 23-cü turda "Fənərbaxça" doğma meydanda "Beşiktaş"ı qəbul edib.  Matç  "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Vitor Pereyranın komandası turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Liderdən bir oyun az keçirən  “Beşiktaş” 51 xalla  2-ci, “Konyaspor” 23 oyundan 40 xalla 3-cü pilləni tutur.
 
 
"Fənərbaxça" - "Beşiktaş" 2:0 
Qollar: Volkan Şen, 3, Nani, 82

Xəbər xətti